Azərbaycanlı bloqer Rusiyada saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı bloqer Rusiyada saxlanıldı

Kriminal

25 Avqust 2019 07:51 1488


Azərbaycanlı bloqer Elvin İsayev Rusiyanın Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. 

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, əslən Masallı rayonundan olan Elvin İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.

Sankt-Peterburq şəhər polisində ifadə verən İsayevin konkret saxlanılma səbəbləri haqqında heç bir məlumat verilməyib. Eyni zamanda onun Azərbaycanın Baş Prokurorluğunun tələbi ilə saxlanılması deyilsə də, bu hələ təsdiqini tapmayıb. Toyuqlu pizza

Məlumat üçün bildirək ki, Elvin İsayev son aylar bloqer kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edərək gündəmə gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!