Azərbaycanlı deputat İrəvandakı Göy məsciddə ermənilərə meydan oxudu:   “Tezliklə...“

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı deputat İrəvandakı Göy məsciddə ermənilərə meydan oxudu: “Tezliklə...“

Siyasət

23 Fevral 2022 14:04 16249


Milli Məclisin deputatları Soltan Məmmədov və Tahir Mirkişilinin Ermənistan səfəri davam edir.

Onlar bu gün Ermənistanda olan Göy Məscidi ziyarət ediblər.

Yenisabah.az xəbər verir ki, Tahir Mirkişili ziyarətlə bağlı rəsmi “Facebook” hesabında paylaşım edib. Paylaşımı təqdim edirik: Dominos pizza

“Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir. Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də.

İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Suleyman Suleymanov
    Allah qismət edər o doğma torpaqlarımıza ata baba yurdumuza qayıdarıq
    4 years ago
  • Akif m
    İnşallah. ilham Əliyevin prezidentliyi dövründə çox xəyallar gerçək oldu. Bu da, inşallah, olar.
    4 years ago