Azərbaycanlı deputatların Ermənistana getməsi təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı deputatların Ermənistana getməsi təsdiqləndi

Siyasət

17 Fevral 2022 12:39 3538


“Avronest Parlament Assambleyasının Büro komitələri fevralın 21-22-də İrəvanda iclas keçirəcək”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Ermənistan Milli Məclisinin məlumatına görə, iclaslar Şərq Tərəfdaşlığı ölkələrinin parlamentlərinin və Avropa Parlamentinin deputatları iştirak edəcək. Avropa Parlamenti, eləcə də, Azərbaycan, Ukrayna və Gürcüstan parlamentlərinin deputatları da İrəvana səfər etməyi planlaşdırır.

Qeyd edək ki, fevralın 22-də İrəvanda Karen Dəmirçyan adına İdman və Konsert Kompleksində Avronest-in Siyasi Məsələlər, İnsan Haqları, Demokratiya, Enerji Təhlükəsizliyi, İqtisadi İnteqrasiya, Hüquqi Yaxınlaşdırma, Aİ Siyasəti, Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsinin iclasları keçiriləcək. Dördpendirli pizza

Daimi komissiyaların iclasları onlayn yayımlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!