Azərbaycanlı dindar Türkiyədə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı dindar Türkiyədə saxlanıldı

Din

29 Aprel 2019 02:20 1118


Dindar fəal Elnur Mehdiyevin Türkiyədə saxlanıldığı bildirilir. Bu barədə Mehdiyevin yaxınları məlumat yayıb.

Yaxınları Mehdiyevin saxlanılma səbəblərinin hələ məlum olmadığını bildirir. Güman edirlər ki, Elnur Mehdiyev Nardaran hadisələrindən sonra axtarışda olub. Yaxınları onun Azərbaycan hüquq mühafizə orqanlarına təhvil veriləcəyini istisna etmir.

2015-ci il noyabrın 26-da polis Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib, ikisi polis olmaqla, altı nəfər öldürülüb. pizza mizza

Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib. Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən insidentə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə il yarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov terror və başqa ağır cinayətlərdə ittiham edilərək 20 il həbs cəzasına məhkum edilib.

Bununla yanaşı rəsmi qurumlar Nardaran hadisələri ilə bağlı 11 nəfərin axtarışda olduğunu bildirib, lakin həmin şəxslərin adlarını açıqlamayıb. Hüquq müdafiəçiləri güman edir ki, Elnur Mehdiyev də axtarılan şəxslərin arasında olub.

Xatırladaq ki, bu il martın 21-də “Müsəlman Birliyi” Hərəkatının fəalı Anar Cabbarovda Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, saxlama, gəzdirmə satış məqsədilə olduqda) maddəsilə ittiham irəli sürülüb. Lakin aprelin 5-də cinayət işinə xitam verilərək Anar Cabbarpv azadlığa buraxılıb.

Amerikanın Səsi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!