Azərbaycanlı əsgəri döyənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı əsgəri döyənlər saxlanıldı

Dünya

16 Mart 2019 01:47 1261


Gürcüstan hərbi polisi Azərbaycan əsilli əsgəri döyməkdə şübhəli bilinən iki hərbçini saxlayıb.

Bununla bağlı məlumat Gürcüstan Müdafiə Nazirliyinin saytında yerləşdirilib. 

“Saxlanılma ilə bağlı qərarı Tbilisi şəhər məhkəməsi çıxarıb. Onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacaq”, - məlumatda bildirilib.  Döyülmüş əsgər Kazım Qəhrəmanovun qardaşı Fuad Qəhrəmanov və ailənin vəkili tam istintaqın aparılmasını və hadisənin bütün iştirakçılarının cəzalandırılmasını istəyib. Onun sözlərinə görə, hərbi polis iki nəfəri saxlayıb, ancaq K.Qəhrəmanovu döyənlərin sayı beş nəfərdir. Onlar hadisə vaxtı orada olan, ancaq insidentə qarışmayan zabitin də cəzalandırılmasını istəyib.  Sezar pizza

Xatırladaq ki, dünən Gürcüstan hərbi polisinin Krtsanisi Milli Hərbi Mərkəzində Kazım Qəhrəmanovun döyülməsində və pulunun zorla ələ keçirilməsində şübhəli bilinən iki hərbçini müəyyən etməsi ilə bağlı məlumat yayılmışdı. 

Faktla bağlı cinayət işi başlanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!