Azərbaycanlı gəncə möhtəşəm təqaüd təklifi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı gəncə möhtəşəm təqaüd təklifi

Sosial

22 Aprel 2019 21:16 1065


19 yaşlı azərbaycanlı Cavid Əlizadə Böyük Britaniyada İmperial Kollecinə, London Universitet Kollecinə qəbul olub.

"Yeni Sabah" xəbər verir ki, o, ABŞ-ın Lafayette Kollecindən 74 min dollar tam təqaüd təklifi alıb.

C.Əlizadə orta təhsilini Böyük Britaniyanın “Cardiff Sixth Form” kollecində alıb. O, 2018-ci ilin dekabr ayının 1-də keçirilən SAT imtahanından 1550 bal toplayıb. İmtahanın maksimum balı 1600 olub.  Marqarita pizza

Bundan sonra Böyük Britaniyanın İmperial Kolleci (dünya sıralaması - 8), London Universitet Kolleci (dünya sıralaması -10), Ekzer Universiteti (dünya sıralaması - 154), Avstraliyanın Monaş Universiteti (dünya sıralaması - 59), Türkiyənin Koç Universiteti, ABŞ-ın Alabama Universiteti (30 min dollar təqaüd), Lafayette Kollecinə (tam təqaüd - 74 min dollar) qəbul alıb.

ABŞ-ın dünyaca məşhur Yel Universiteti (dünya sıralaması - 15), Kolumbiya Universiteti (dünya sıralaması - 16) və Emerst Kolleci onu ehtiyat siyahısına salıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!