2017-ci il fevralın 1-də erməni hərbçiləri tərəfindən Tərtərin Talış kəndi istiqamətində saxlanılan azərbaycanlı girov Elnur Hüseynzadə həbsdən azad olunub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.
Məlumatda bildirilir ki, Dağlıq Qarabağ ərazisində saxlanılan və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu 2 fevral 2019-cu il tarixdə saxlanıldığı Şuşa şəhərindən Ermənistan Respublikasına aparılıb. Pepperoni pizza
Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmış və hazırda bu istiqamətdə zəruri işlər aparılır.
Digər tərəfdən "Sputnik Ermənistan”a açıqlama verən qondarma rejim liderinin mətbuat katibi David Babayan E.Hüseynzadənin üçüncü ölkəyə göndəriləcəyini bildirib. Onun sözlərinə görə, E.Hüseynzadə Azərbaycana qayıtmaqdan imtina edib.
Telegram kanalımız