Azərbaycanlı iş adamı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı iş adamı saxlanıldı

Kriminal

01 Dekabr 2025 21:13 6458


Rusiyanın Yekaterinburq şəhərində xüsusi təyinatlıların müşayiəti ilə polis Uraldakı Azərbaycan icmasının yeni rəhbəri Vidadi Mustafayevi saxlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə bir neçə müstəqil mənbə E1.ru-ya məlumat verib.

Məlumata görə, icma rəhbəri elit "Encore" fitness klubuna baş çəkərkən saxlanılıb. Dördpendirli pizza

İlkin məlumata əsasən, o, torpaq sahəsinin satışı zamanı fırıldaqçılıqda şübhəli bilinir.

Məlumat dərc olunduqdan sonra Vidadi Mustafayevlə əlaqə saxlamaq mümkün olmayıb. Onun telefon nömrəsi bağlı olub.

Qeyd edək ki, V.Mustafayev yayda həbs olunmuş Şahin Şıxlinskinin yerinə Uraldakı Azərbaycan icmasının rəhbəri təyin olunmuşdu./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!