Azərbaycanlı jurnalist, "Turan" informasiya agentlinin redaktoru Şahin Hacıyev Ermənistanda səfərdədir.
Bununla bağlı “Turan” agentliyinin direktoru Mehman Əliyev “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, artıq bir neçə gündür səfər reallaşıb:
“Səfərin məqsədi Azərbaycan, Ermənistan, Türkiyə münasibətləri ilə bağlı vəziyyətin işıqlandırılması olub. Yəni Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə münasibətləri barədə sənədli film olacaq, çəkiliş davam edir. Siyasi bölməmizin redaktoru Şahin Hacıyev akkreditasiyadan keçib. Bu, beynəlxalq qrupdur. Orda başqa iştirakçılar - Gürcüstan, Rusiya və.s də var”.
Günay Rəsulqızı
Telegram kanalımız