Rusiyada yaşayan yəhudi əsilli azərbaycanlı milyarder Qod Nisanova məxus “Food City” adlı bazarda etiraz aksiyası keçirilib.
Yenisabah.az xəbər verir ki, əvvəlcə bazarın icarədarlarında biri icra haqqının artırılmasına etiraz edib. Nisanovun adamları həmin şəxsə fiziki zor tətbiq edərək bazardan çıxarmaq istəyib. Bu zaman digər icarədarlar ayağa qalxıb. Beləliklə, bir nəfərin etirazı bütün bazarda aksiyaya səbəb olub. Nisanov bazara xüsusi təyinatlıları göndərib. Onlar aksiyanı dağıdıblar. Fəallıq edənləri isə naməlum istiqamətə aparıblar.
Məlumat üçün deyək ki, “Food City” bazarı Moskvada fəaliyyət göstərir. Bazarda işləyənlərin əhəmiyyətli hissəsi azərbaycanlılardır. Pepperoni pizza
Telegram kanalımız