Azərbaycanlı müğənni koronavirusdan ölməyib - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı müğənni koronavirusdan ölməyib - Açıqlama

Mədəniyyət

30 İyun 2020 19:54 1596


Azərbaycanlı müğənni, "Ağbaba" qrupunun solisti Faiq Tağıoğlunun (Ağbabalı) ölümünün səbəbi məlum olub.

Yenisabah.az xəbər verir ki, mərhumun bacısı Səkinə İsmayılovanın oxu.az-a verdiyi məlumata görə, o, ürək çatışmazlığından və beynində trombların olması səbəbindən vəfat edib.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin iyunun 24-də verdiyi arayışdan da görünür ki, 55 yaşlı Ramazanov Faiq Məmmədtağı oğlunun meyiti dəfn olunması üçün qohumlarına təhvil verilib. Sezar pizza

Yəni mərhum koronavirus səbəbindən ölməyib.

Qeyd edək ki, ölkə mətbuatında onun koronavirusdan vəfat etməsi barədə məlumat yayılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!