Azərbaycanlı qızların daha bir videosu yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı qızların daha bir videosu yayıldı

Xalqın səsi

14 Aprel 2019 00:12 1721


Azərbaycanda "Kazbekə şey basım, zırlanım” video qalmaqalından sonra qızlar arasında yeni trend yaranıb.

Budəfəki trend də narkotik maddələri təbliğ edən musiqi üzərində qurulub.

Belə ki, əsasən, qızlar İlkin Çərkəzoğlunun ifa etdiyi "Bomba kayfda” musiqisinə qısa videoçarxlar çəkir, həmin görüntüləri sosial şəbəkələrdə, xüsusən də "Instagram”da yayımlayır. pizza sifarişi

Onların videoları sosial şəbəkələrdə ciddi mənfi reaksiyaya səbəb olub. İstifadəçilər narkotik maddələrin təbliğini pisləyib, bu işdə qızların alət olmasına xüsusi diqqət çəkiblər.

Qeyd edək ki, bir müddət əvvəl analoji hadisə yaşanmışdı. Belə ki, qızlar arasında məşhurlaşan "Kazbekə şey basım, zırlanım” musiqisinə çəkilmiş videolar cəmiyyətdə ciddi narazılıqla qarşılanmışdı. İşə hətta deputatlar, ictimai-siyasi xadimlər də qarışmışdı. Böyük ictimai qınaqdan sonra musiqisində narkotiki təbliğ edən Vüqar Səda həbs edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!