Azərbaycanlı rejissor Moskvada “İlin adamı” seçildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı rejissor Moskvada “İlin adamı” seçildi - Foto

Mədəniyyət

20 Noyabr 2019 11:10 1126


Kinorejissor Rüfət Əsədov STMEQİ Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təsis edilmiş Sergey Vaynşteyn adına “İlin adamı” mükafatının laureatı seçilib. 

“Yeni Sabah” xəbər verir ki, o, bu mükafata Azərbaycan-yəhudi münasibətlərinin inkişafına, dağ yəhudilərinin tarixinin və mədəniyyətinin qorunub saxlanılması və inkişafına görə layiq görülüb. 

R. Əsədov dağ yəhudiləri haqda 3 sənədli filmin (“Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”, və “Peyğəmbər Yereminin göz yaşları”) müəllifidir.   Toyuqlu pizza

Bu filmlər dəfələrlə İsraildə, Avropada və ABŞ-da müxtəlif kinofestivallarda və tədbirlərdə nümayiş etdirilib, ölkəmizə nüfuzlu mükafatlar gətirib. 

Mükafat noyabrın 18-də Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən mərasimdə R. Əsədova təqdim olunub.

Qeyd edək ki, sözügedən mükafatın təqdimatı  Dağ-Yəhudi icması üçün ilin ən vacib hadisələrindən biri hesab edilir. Mükafat  2015-ci ildə təsis edilib və  indiyə qədər Dağ-Yəhudi mədəniyyətinin, tarixinin, dilinin və adət-ənənələrinin inkişafında və qorunmasında əvəzsiz xidmətlər göstərmiş bir çox tanınmış şəxsə verilib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!