Azərbaycanlı tanınmış aktyor dünyasını dəyişdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı tanınmış aktyor dünyasını dəyişdi - Foto

Mədəniyyət

25 Sentyabr 2019 08:05 1267


Azərbaycanlı aktyor Rusiyada vəfat edib.

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, Rusiyanın Moskva vilayəti, Serpuxov Şəhər Musiqili Dram Teatrının aktyoru Ramil Əzimov uzun sürən xəstəlikdən sonra 41 yaşında dünyasını dəyişib.

R.Əzimov 2006-cı ilədək Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru olub. O, sonradan Rusiyaya köçüb və orada aktyor fəaliyyətini davam etdirib. Toyuqlu pizza

Aktyor xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

R.Əzimovla bu gün yerli vaxtla saat 13:30-da Serpuxov Şəhər Musiqili Dram Teatrının səhnəsində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra onun cənazəsi Bakıya gətiriləcək.

Qeyd edək ki, R.Əzimov 1978-ci il dekabrın 8-də Bakı şəhərində anadan olub.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!