Azərbaycanlı “TikTok”er Nyu-Yorkda faciəvi şəkildə öldü   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı “TikTok”er Nyu-Yorkda faciəvi şəkildə öldü - FOTOLAR

Hadisə

09 Oktyabr 2025 16:38 604


Azərbaycanlı yeniyetmə qız Bruklinin (Nyu-York şəhərinin 5 bölgəsindən biri. - red) "Marcy Avenue" metro stansiyasında faciəvi şəkildə həyatını itirib. 

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, 12 yaşlı Zemfira Muxtarova və onun 13 yaşlı rəfiqəsi Ebba Morina qatarın vurması nəticəsində həlak olublar.

Belə ki, insident oktyabrın 4-də səhər saatlarında baş verib. Qızlar stansiyada TikTok platforması üçün video çəkərkən həyatlarından olublar.  pizza mizza

Məlumata görə, Zemfira və ailəsi Azərbaycandan Nyu-Yorka köçüb.  Onun valideynlərinin sözlərinə görə, Zemfira gecə yarısı evdən gizlicə çıxıb və rəfiqəsi ilə metro stansiyasında görüşüb. 

O, Ebba ilə birlikdə hərəkət edən metro qatarının üstündə TikTok videoları çəkirmiş. Metroda sörfinqlə məşğul olduğu bildirilən Zemfira tez-tez TikTok hesabında Nyu-York şəhərinin metro stansiyalarında belə kaskadyorlar etdiyi videoları paylaşırdı. /Unikal.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!