Azərbaycanlı Türkiyədə prezidentliyə namizəd oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı Türkiyədə prezidentliyə namizəd oldu

Siyasət

20 Mart 2023 16:58 1451


Türkiyədə namizədlərin qeydə alınması prosesinə start verilib. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq müraciət edənlər var. 

Növbəti 5 ildə Türkiyəni idarə etmək iddiasında olanlardan biri də azərbaycanlıdır. Belə ki, "ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğan bu gün Ali Seçki Komissiyasına prezidentliyə namizədliyinin qeydə alınması ilə bağlı rəsmi müraciət edib. pizza

Xatırladaq ki, sabiq millət vəkili Sinan Oğan Azərbaycan kökənlidir. O, 1967-ci ildə Naxçıvanla sərhəddə yerləşən İğdır bölgəsində anadan olub. 

Sinan Oğan bir neçə il Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsindən çalışıb. 

Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-də keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!