Azərbaycanlı yanğınsöndürənlər Türkiyədə çətin vəziyyətə düşdü 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı yanğınsöndürənlər Türkiyədə çətin vəziyyətə düşdü 

Hadisə

31 İyul 2021 19:48 2156


Türkiyədə meşə yanğınları zamanı çəkilmiş görüntülər yanğınsöndürmə briqadalarının necə ağır şəraitdə xidmət etdiyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ciddi təhlükə ilə üz-üzə qalıblar. Hadisə Marmaris rayonunun Armutalan bölgəsində baş verib.

Görüntülərdə yanğınsöndürmə briqadasının əməkdaşlarının yanğın baş verən ərazidə çətin vəziyyətə düşdükləri əks olunur. Belə ki, azərbaycanlı yanğınsöndürənlər yanğının qarşısını almağa çalışarkən qəfildən alov şiddətlənib. Bu zaman onlar yanğının düz mərkəzində olublar.  Aralarında Azərbaycandan olan yanğınsöndürənlərin də olduğu heyətin bir hissəsi yanğın arasında qaldığı üçün digər heyət onların yardımına qaçır. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!