Azərbaycanlı yazıçı “Puşkin mükafatı“ aldı

Azərbaycanlı yazıçı “Puşkin mükafatı“ aldı

Yazar Veb saytların hazırlanması

03 İyun 2019 14:35 1129


İyunun 2-də Moskva şəhərində - Hökumət evinin Böyük Konfrans zalında Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə bir qrup ictimai və ədəbi xadim nüfuzlu "Puşkin mükafatı" və “Puşkin medalı" ilə təltif ediliblər.

"Yeni Sabah" xəbər verir ki, onların sırasında Azərbaycan yazıçısı Varis Yolçuyev də var.

Mükafatlandırma böyük rus şairi Aleksandr Puşkinin anadan olmasının 220-ci ildönümü münasibətilə düzənlənən təntənəli mərasimdə baş tutub. Ötən il əhəmiyyətli dərəcədə uğur qazanan, bu münasibətlə premial "Rus prozası antologiyası. 2018" və "Rus poeziyası antologiyası. 2018" nəşrlərində dərc olunan yazarlar laureat adını qazanıblar. Təntənəli mərasimdə antologiyanın nəşrləri də təqdim olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!