Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı

Din

08 May 2025 18:53 1551


Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri "Report"un sorğusuna cavab olaraq bildirib ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək.

"Hər birində 25 olmaqla dörd heyətin, yəni 180 nəfərin ilk qrupun tərkibində Həccə gedəcəyi gözlənilir. Hər 44 nəfərə QMİ-nin bir əməkdaşı rəhbərlik edəcək", - o bildirib. Dominos pizza

V.Cahangirinin sözlərinə görə, axırıncı qrup mayın 31-də yola düşəcək: "Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub".

Xatırladaq ki, QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!