Azərbaycanlı zəvvarların Həcc ziyarətinə icazə verildi

Azərbaycanlı zəvvarların Həcc ziyarətinə icazə verildi

Din

10 May 2022 11:09 3504


Bu il Azərbaycandan olan zəvvarların Həcc ziyarətinə icazə verilib.

Yenisabah.az xəbər evrir ki, bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib.

QMİ rəsmisinin sözlərinə görə, bu il Azərbaycandan Kəbəyə Həcc ziyarəti təşkil olunacaq. Din xadimi vurğulayıb ki, cari il üçün Azərbaycana ayrılan kvota və qiymətlər hələlik müəyyən edilməyib, yaxın günlərdə bununla bağlı məlumat veriləcək.

“Kvotanın sayı və qiymət barədə məlumat təxminən bir həftə, 10 günə açıqlanacaq”, - QMİ rəsmisi deyib.

Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!