Azərbaycanlılar Almaniyada aksiya keçirdi

Azərbaycanlılar Almaniyada aksiya keçirdi

Dünya Veb saytların hazırlanması

25 Yanvar 2019 17:42 1007


Almaniya Azərbaycanlıları Koordinasiya Şurasına daxil olan Köln Türk Azərbaycan Kültür  və Dayanışma Cəmiyyəti, Kölndə fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti, Alman Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə aksiya keçirilib. 

Komitədən “Yeni Sabah”a daxil olan xəbərə görə, aksiya “Azərbaycan sülh və ədalət istəyir!”,  “Avropa, uşaqların qətlinə göz yumma!”, “Dinc əhalinin qətlini dayandırın!”, “Ermənistanın təcavüzünə son!”, “Snayper gülləsinə tuş gələn uşaq!”, “1992-2018 uşaqların qətli davam edir!”, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!”, “Biz sülh deyirik!”, “Dilqəm və Şahbaza Azadlıq!” şüarları altında keçirilib. 

Aksiyada çıxış edən soydaşlarımız erməni vandalizmindən söz açıb, Dağlıq Qara¬bağın Azərbaycanın tarixi əraziləri olduğunu konkret faktlarla qeyd edib. 

Aksiyanın sonunda Almaniyanın hakim dairələrinə bəyanat təqdim olunması qərara alınıb. Bəyanat aksiya iştirakçıları tərəfindən təsdiqlənib və qeyd olunub ki, ən qısa zamanda Almaniyanın ali qurumlarına təqdim ediləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!