“Bu məsələ təxminən 2 il bundan əvvəl də aktuallaşmışdı. 2 il əvvəl də 7-8 Azərbaycan vətəndaşı Ermənistandan daşınmaz əmlak almışdılar. İndi isə sözün əsl mənasında Azərbaycan vətəndaşının oradan daşınmaz əmlak alıb-almaması sual altındadır, çünki Ermənistan tərəfi rəsmi sənədləri ortaya qoya bilmir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.
O, Ermənistanın Kadastr Komitəsinin sədr müavini Arman Petrosyanın “Ermənistanda Azərbaycan və Türkiyə vətəndaşları daşınmaz əmlaklar alıblar” açıqlamasına münasibət bildirib. Pepperoni pizza
E. Fərzəliyevin sözlərinə görə, burada həm Azərbaycan, həm də digər ölkə vətəndaşları ola bilənlər var:
“Təxminən 90-cı illərin əvvəllərində ruslar və yaxud digər ölkələrin nümayəndələri başqa ölkələrə köçüb ikili vətəndaş ola bildilər. Həmin vətəndaşlar gedib bu gün Ermənistanda mənzil ala bilirlər. Çünki bunun həm Azərbaycan, həm də başqa ölkə vətəndaşlığı var. Amma bu gün biz məsələyə kənardan baxaq: bu gün Azərbaycana hər hansı bir Ermənistan vətəndaşı gələrsə, sadəcə rəsmi dövlət tədbirləri və idman yarışlarına gələ bilərlər. İstənilən erməni vətəndaşı buraya gələndə ən azından o adamla bağlı araşdırma aparılır. Həmçinin, bizim apardığımız araşdırma daha yumşaqdır, nəinki Ermənistan. Ermənistanda bu araşdırmalar daha sərt formada aparılır”.
Mütəxəssis vurğulayıb ki, sərhədlərimiz içində yaşayan bütün etnik millətlərə məxsus olan xalqların hamısı azərbaycanlıdır:
“Hər birimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda haqqımız var. Fərqi yoxdur, Azərbaycanda hərbi xidmət etmiş, can qoyan hər bir adam, Azərbaycan vətəndaşıdır.
O cümlədən onlar bunun tam açıqlamasını vermədiyinə görə, çox böyük ehtimal ikili vətəndaşlıq ola bilər. Yaxud Ermənistan qanunverciliyi buna imkan verə bilər ki, bu vətəndaşlar gedib İrəvanda və yaxud başqa yerlərdə daşınmaz əmlak ala bilsinlər. Mən onların qanunvericiliyə ilə bağlı dəqiq məlumat verə bilmərəm. Lakin görünən odur ki, hər bir azərbaycanlı ailəsində müharibədə döyüşməyən, yaxud şəhid verməyən yoxdur. Bu gün həmin adamların isə gedib orada əmlak almaları hər birimizdə sual doğurur”.
Ekspert nümunə də çəkib:
“Məsələn, Rusiyada yaşayan azərbaycanlılar var. Onlar Rusiya vətəndaşıdırlar, amma Azərbaycan vətəndaşlığından çıxmayıblar və ona görə də Azərbaycan vətəndaşı kimi görünə bilirlər. Biz nəzərə almalıyıq ki, Bakı şəhərində 30 mindən çox erməni kökənli Azərbaycan vətəndaşı yaşayır. Bəlkə də ola bilər ki, bunlardan hansılarısa gedib orada daşınmaz əmlak ala bilər. Lakin mənəvi olaraq düşünsək, bir azərbaycanlının orada əmlak alması real görünmür. Son baş verənlər də onu göstərir ki, müharibənin ab-havası hələ də bitməyib. Çünki minaya düşənlər, habelə ermənilərin Xankəndi və ətraf ərazilərdə törətdiyi problemlər onu deməyə əsas verir ki, bizim münqaişə hələ də tam bitməyib”.
“Eləcə də Rusiya, Avropa, ABŞ-da erməni kökənli bir insan ora vətəndaşı olaraq, gəlib Azərbaycanda daşınmaz əmlak ala bilər. Ola bilər ki, o adamların, həmçinin, Ermənistan vətəndaşlığı olsun, amma gəlib burada əmlak ala bilər. Bu prosedur Ermənistanda da baş verə bilər. Arzuladığımız budur ki, onların ikili vətəndaşlığı olsun ki, milləyətcə azərbaycanlı olmasın”, – yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız