Azərbaycanlılar etiraz aksiyası keçirib 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar etiraz aksiyası keçirib 

Xalqın səsi

13 İyun 2019 19:29 1353


Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində sakinlər yetişdirdikləri məhsulu sata bilmədiklərinə görə etiraz aksiyası keçiriblər.

Bu barədə "Rustavi 2” televiziya kanalının hazırladığı süjetdə bildirilib.

Sakinlərin sözlərinə görə, Gürcüstana xarici ölkələrdən böyük həcmdə pomidor idxal olunduğundan onların məhsulu 20 tetriyə belə satılmır. Toyuqlu pizza

Kənd sakini Tamaz Məmmədov deyib ki, məhsulun yetişdirilməsi üçün bankdan kredit götürüb: "Məhsulumuz satılmadığından xarab olur. Hökumət bu məsələyə diqqət göstərməsə, Marneulidə magistral yolu bağlayacağıq”.

Məhsul istehsalçıları etiraz əlaməti olaraq çoxlu sayda pomidoru ayaq altına ataraq tələf ediblər.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!