Azərbaycanlılar Finlandiyaya yenidən səyahət edə biləcəklər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar Finlandiyaya yenidən səyahət edə biləcəklər

Turizm

09 İyul 2021 22:12 4601


Azərbaycanlılar Finlandiyaya yenidən səyahət edə biləcəklər.

Yenisabah.az xəbər verir ki, Finlandiyanın hakimiyyət orqanları ölkəyə girişə qoyulan qadağanı altı ölkənin vətəndaşları üçün ləğv ediblər.

Bu qərar Avropa İttifaqı Şurasının həmin ölkələrdə koronavirusla bağlı vəziyyətin təhlükəsiz hesab edilməsi ilə bağlı tövsiyələrinə uyğun olaraq qəbul edilib. pizza mizza

İyulun 12-dən başlayaraq azərbaycanlılarla yanaşı, Bosniya və Herseqovina, Bruney, Kosovo, Moldova və Serbiya vətəndaşları da Finlandiyanı ziyarət edə biləcəklər.

Bundan əvvəl Finlandiyanın hakimiyyət orqanları Albaniya, Avstraliya, Cənubi Koreya, Honkonq, İsrail, Yaponiya, Makao, Şimali Makedoniya, Sinqapur, Tayvan, Yeni Zelandiya sakinlərinin ölkəyə girişi üçün məhdudiyyətləri aradan qaldırıb.

Öz növbəsində, digər ölkələrin vətəndaşlarının Finlandiyaya girişinə qoyulan qadağanın müddəti avqustun 22-dək uzadılıb./Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!