Azərbaycanlılar İsveçdə keçirilən seçkilərdə qalib oldular

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar İsveçdə keçirilən seçkilərdə qalib oldular

Siyasət

26 Sentyabr 2022 12:44 1151


İsveç Krallığında keçirilən seçkilərdə soydaşlarımız ölkə, əyalət, bələdiyyə məclislərində yer alıblar. 

Bu barədə Yenisabah.az-a Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib:

“Sosial-demokratlar partiyasında Aylin Fazelian ölkə parlamentinə, İradə Söderberq Jonöping region məclisinə, Xalidə Mərifət Huddingen bələdiyyə məclisinə, Mərkəz partiyasından Aida Kərimli Vastara Götaland region məclisinə, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinə, Moderat partiyasından Amina Sadiqbəyli Solentuna bələdiyyə məclisinə seçiliblər. Böyük bir nailiyyətdir. Həm də  soydaşlarımızın yaşadıqları ölkələrin siyasi-ictimai həyatında yer alması və uğurları onların inteqrasiya prosesini sürətləndirir. Bu həm də Azərbaycan-İsveç əlaqələrinin inkişafına öz töhfəsini verir”.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!