Azərbaycanlılar Rusiyada qiyam qaldırdı 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar Rusiyada qiyam qaldırdı 

Maraqlı

03 Sentyabr 2020 15:53 1900


Azərbaycanlılar Rusiyanın Bryansk şəhərində qiyam qaldırıblar.

Yenisabah.az Lent.az-a istinadla xəbər verir ki, buna səbəb şəhərin mərkəzində yerləşən meyvə-tərəvəz bazasının çirkab və dağılmış vəziyyətdə olmasıdır.

Bryansk vilayətinin ən böyük bazasında, fotolardan da göründüyü kimi, asfalt örtüyü dağılıb gedir, hər tərəf palçıqdır. İş o yerə çatıb ki, bütün bazar ərazisində çirkab dolu gölməçələr yaranıb. Bunun nəticəsində yerli sakinlərin bazara axını həddən artıq azalıb. Marqarita pizza

Hər ay yer pulu ödəyən satıcılar bunun müqabilində bazar sahibindən burda səliqə yaratmağı xahiş ediblər. Amma bazarın sahibi onların bu tələbini qulaqardına vurub. Nəticədə yüzlərlə azərbaycanlı bazara çıxmaqdan imtina edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!