Azərbaycanlılar Türkiyədən necə təxliyə olunacaq? - XİN-dən cavab

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar Türkiyədən necə təxliyə olunacaq? - XİN-dən cavab

Siyasət

09 Fevral 2023 12:24 642


Xarici İşlər Nazirliyi Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşlarının təyyarə ilə təxliyə olunması ilə bağlı təkliflərə münasibət bildirib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, nazirliyin sözçüsü Ayxan Hacızadə təxliyələrin avtobuslar vasitəsilə həyata keçiriləcəyini deyib.

Onun sözlərinə görə, təyyarələrlə təxliyə barədə hələ ki qərar yoxdur: “Avtobuslarla təxliyə daha rahat və sürətlidir. Hava nəqliyyat vasitələri bəzən gözləməli olur. Təyyarələrdə müəyyən çətinlik yaşana bilir. Çünki təyyarələrin əksəriyyəti yük təyyarəsidir. Həmçinin yaranmış vəziyyətə görə bütün hava limanları sərnişin təyyarələrini qəbul etmir. Çünki axın çoxdur”. Sezar pizza

A.Hacızadə qeyd edib ki, Azərbaycan vətəndaşlarının təxliyəsi ötən gün də davam edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!