"Erməni daşnak-millətçiləri zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı, deportasiya siyasəti həyata keçiriblər. Tarixi saxtalaşdırıb özlərinə qondarma tarix yazmaqla dünyanı öz yalanlarına inandırmağa az da olsa müvəffəq olsalar da 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Tarix faktlara əsaslanır və təbii ki, yalan üzərində qurulan təbliğatın ömrü uzun ola bilməz. Tarixə qısa nəzər salaq. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır".
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, tariximizdə ilk dəfə olaraq xalqımızın başına gətirilən soyqırımı faciələrinə siyasi-hüquqi qiyməti ulu öndər Heydər Əliyev verdi. Dördpendirli pizza
YAP Xətai rayon təşkilatının sədri diqqəti ermənilərin 1988-ci ildə növbəti əsassız torpaq iddiaları nəticəsində xalqımızın başına gətirilən faciələrə yönəldib: "Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və sair kimi faciələrimiz erməni vəhşiliklərinin heç bir sərhəd tanımadığını bir daha bütün dünyaya göstərdi. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı qətliamı Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunur. Günahsız insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürüldülər, işgəncələrə məruz qaldılar".
Vüqar Rəhimzadə qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsində diqqət çəkən məqamlardan biri ermənilərin dinc vətəndaşlarımıza qarşı törətdikləri amansız vəhşiliklər idi: "Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələri öz yırtıcı, insanlıq əleyhinə cinayətlərini həm cəbhə bölgəsinə yaxın, həm də cəbhə bölgəsindən uzaqda yerləşən rayon və şəhərləri, yaşayış məntəqələrini raket atəşinə tutmaqda davam etdirdilər. Gəncədə, Bərdədə, Tərtərdə və digər döyüş bölgəsindən uzaqda yerləşən ərazilərimizdə törədilən terror aktları Xocalı soyqırımının davamı idi".
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bunlar ermənilərin tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin yalnız az bir hissəsidir.
Telegram kanalımız