Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

Kriminal

28 Yanvar 2026 20:43 670


Yekaterinburqda azərbaycanlıların həbsində iştirak edən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCMİ) əməkdaşları təltif ediliblər. 

"Yeni Sabah" xəbər verir ki, mərasim Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin geniş kollegiya iclası zamanı baş tutub.

Tədbirdə Prezidentin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Artem Joqa, Sverdlovsk Polis İdarəsinin rəisi Aleksandr Meşkov, bölgənin baş prokuroru Boris Krılov və digər yüksək vəzifəli qonaqlar iştirak ediblər. Sezar pizza

Qeyd edək ki, ötən il Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüblər./ Unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!