Son illər azərbaycanlı möminlər arasında ölkəmizin hüdudlarından kənarda yerləşən və müsəlmanlar üçün böyük mənəvi əhəmiyyət daşıyan ziyarətgahlara üz tutanların sayı xeyli artıb. Ölkəmizdə şiə məzhəbinə mənsub olan müsəlmanların sayı çox olduğu üçün möminlər Məkkə və Mədinə şəhərləri ilə yanaşı, İraqın Kərbəla, İranın Məşhəd və Qum şəhərlərinə də səfər edirlər. Bu səfərlər bəzən möminlər arasında itkilərlə müşaiyət olunur.
Yenisabah.az xəbər verir ki, ötən gün İraqın Kərbəla şəhərində ziyarətdə olan daha bir Azərbaycan vətəndaşı vəfat edib. Bununla da, Kərbəlada ölən azərbaycanlı zəvvarların sayı 4-ə çatıb.
Maraqlıdır, ziyarət üçün yola çıxmadan əvvəl həmin insanlardan sağlamlıq haqqında arayış tələb olunurmu? Yaxud səhhətləri barədə yoxlama aparılırmı? Sağlamlıq problemi yaşayan şəxslər ziyarət zamanı dünyasını dəyişərsə kim məsuliyyət daşıyır? pizza sifarişi
İlahiyyatçı Əkrəm Həsənov “Yeni Sabah”a bu haqda açıqlamasında bəzi məqamlara aydınlıq gətirib:
“İstər Həcc ziyarəti və ya Ümrə ziyarəti olsun, fərqi yoxdur, uzaq ölkəyə səfər edən insan, xüsusi ilə də isti ölkələrə səfər edən şəxs ən vacib addım kimi sağlamlığının qayğısına qalmalıdır. Əgər insan bilirsə ki, onun istiyə dözümü yoxdur və oraya gedəndə əziyyət çəkəcək, ilk növbədə, sağlamlığını yoxlatdırmalıdır. Bundan əlavə olaraq, bildiyim qədərilə, həcc ziyarətinə gedənlərdən sağlamlıq sənədi tələb olunmur. Bunun məsuliyyətini həcc ziyarətini təşkil edən firmalar və.s. daşıyırlar. Ancaq belə olanda da həcc ziyarətinə gedən şəxs hansısa sağlamlıq arayışı versə də, yenə də bunun öhdəsindən gələcəyini özü düşünməlidir”.
İlahiyyatçı tamamilə sağlam insanların belə ziyarətlərə getməsini tövsiyə edir:
“Hər bir halda sağlam insan da gedib həcc ziyarətində dünyasını dəyişə bilər. Bunu müəyyən etmək də çətin olur. Məlum məsələdə həcc ziyarətini təşkil edən firmalardan başqa Məkkənin özündə də gələn zəvvarlar üçün kölgəliklər yaradılmalıdır. Bu məsələdə məsuliyyəti hər kəs daşıyır. Həm ziyarətə gedən şəxs, həm ziyarətə aparan firmalar, həm də Məkkədə qonaqları qəbul edən idarə və təşkilatlar. Burada konkret olaraq, kimisə günahlandırmaq doğru yanaşma deyil. Əsas şəriətdə tələb olunan odur ki, sağlam olmalısan və xəstə halda ziyarətə getmək tövsiyə olunmur. Düzünü Allah bilir”.
İlahiyyatçı Elşad Miri isə məsələyə belə münasibət bildirib:
“İslamda ziyarət üçün harasa getmək yoxdu. Allah yer üzündə gəzib dolaşmağımızı bizdən əvvəlkilərin başlarına gələnləri bilmək və yaradılışı anlamaq üçün olduğunu deyir. Kimin hardasa ölməsi deyil, kimin necə yaşaması önəmlidir. Kimdən hansı arayışın tələb edilib-edilmədiyini təşkilatçlılar və gedənlər bilər”.
Aytac Şahin
Telegram kanalımız