Azərbaycanlıların soyqırımında “Daşnaksutyun”un silahlı dəstəsi fəal iştirak etmişdir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlıların soyqırımında “Daşnaksutyun”un silahlı dəstəsi fəal iştirak etmişdir

Xalqın səsi

29 Mart 2022 15:20 709


Əsrlər boyu xalqımızın humanistliyindən istifadə edən qüvvələr ona qarşı məkrli planlarını həyata keçirmişdir. Bu planlarda əsasən milli və kütləvi qırğınlar üstünlük təşkil edib. Bu da 1918-ci ilin 31 martında daha çox özünü göstərib.

Həmin gün minlərlə dinc sakin işgəncələrə məruz qaldı, yaşayış məntəqələri dağıdıldı, məscid və qəbiristanlıqlar yerlə yeksan edildi. Bakı, Şamaxı, Quba, Xaçmaz, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə əhalinin kütləvi soyqırımı həyata keçirildi, ermənilər bu planlarla xalqımızın gözünü qorxudacağını və onları öz ata-baba yurdlarından ayrı salacağını, bu torpaqları mənimsəyə biləcəklərini düşünürdülər. Bu soyqırımda 30 mindən çox azərbaycanlı qətlə yetirildi, 10 minlərlə insan itkin düşdü. Azərbaycanlıların qırğınında “Daşnaksutyun” partiyasının 4 minə yaxın silahlı dəstəsi fəal iştirak etdi. Azərbaycanlıların soyqırımı 3 gün davam etdi.  
Ümummilli Lider Heydər Əliyev 26 mart 1998-ci il tarixdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən “Azərbaycanın XIX-XX əsrlərdə baş verən faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir”. Mənfur ermənilər tarixdə törətdikləri soyqırımlarla kifayətlənməyib yenidən 1992-ci ildə Xocalı Soyqırımı ilə bir daha məkrli, xain planlarını həyata keçirdilər. Eyni zamanda ərazimizin 20 faizini işğal edərək illərlə torpaqlarımızda ekoloji terror törətdilər. Lakin dünya birliyi, imperialist dövlətlər bütün bu hadisə və proseslərə hər zaman göz yumdu.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətləri ictimaiyyətə daha dolğun çatdırmaq məqsədilə Prezident İlham Əliyev 2018-ci yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladı. Cənab Ali Baş komandan İlham Əliyev doğru zaman seçib və uyğun zamanda verdiyi qərara əsasən torpaqlarımızı işğaldan azad etdi. Ölkəmiz “Şuşa Bəyannaməsi” ilə bir daha regionda öz sözünü deyən dövlətə çevrildi. 3 rayonun işğaldan döyüşsüz azad olunması isə bir daha düşmənlərimizə tarixi siyasi bir dərs oldu.
Ordumuzun gücü, xalqımızın iradəsi, Prezidentimizin uğurlu siyasəti nəticəsində bu gün xalqımızın tarixi torpaqları işğaldan azaddır. Xalqımız üçün vacib hesab edilən strateji məntəqə və hündürlüklərin də azad edilməsi prosesi davam edir. Bu isə Prezidentimizin uğurlu siyasətinin nəticəsidir. Məhz buna görə də biz Cənab Ali Baş Komandana və onun seçdiyi uğurlu siyasi strategiyaya inanırıq.

Ceyran Novruzova, 

A.Səfərov adına 114 №li tam orta məktəbin direktoru,  Pepperoni pizza

Əməkdar müəllim


 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!