Azercell Akademiyası 231 təlim təşkil edib

saytların hazırlanması

Evə çatdırılma

Azercell Akademiyası 231 təlim təşkil edib

Sosial

09 Fevral 2019 18:23 884


Azərbaycanda dövlət və özəl sektor üçün tədris və konsaltinq xidmətləri təşkil edən Azercell Akademiyası ötən il aktiv fəaliyyəti ilə seçilib. 

“Yeni Sabah” xəbər verir ki, 2018-ci il ərzində Akademiya tərəfindən müxtəlif dövlət və özəl qurumlar üçün 231 təlim sessiyası təşkil olunub. Təlim alan təşkilatlar sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin tabeli qurumları olan Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Baktelecom, Aztelekom, AzIntelecom, eləcə də Avand Technology, Azeronline, ELCOM kimi şirkətlərin, “ASAN xidmət”in Çağrı mərkəzinin əməkdaşları, həmçinin “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləri var idi.

Azercell daxilində 2003-cü ildən fəaliyyətə başlayan Azercell Akademiyasının tədris paketinə zəngin təcrübəyə malik 30 mütəxəssis tərəfindən tədris olunan 32 müxtəlif təlim proqramı daxildir. Azercell Akademiyasının fəaliyyətinin ilk dövrlərində yalnız Azercell şirkətinin əməkdaşları üçün daxili təlimlər keçirilirdi. Lakin sonradan bu cür təlimlərə yerli bazarda da tələbat yarandığından, Azercell Akademiyası fəaliyyət dairəsini genişləndirdi.  Sezar pizza

Akademiya tərəfindən ölkənin müxtəlif təşkilatları üçün üzbəüz və telefonda Müştəri xidmətləri , əməyin təhlükəsizliyi, layihələrin idarə edilməsi, eləcə də stresin idarə edilməsi sahəsində tədris kursları da keçirilir. Təlimlərin məqsədi şirkətlərin inkişafına dəstək vermək, müştərilərə daha yüksək keyfiyyətli xidmət göstərmək, gənc mütəxəssislərin müştəri xidmətləri sahəsində peşəkar biliklərini artırmaq və əldə edilən bacarıqların təcrübədə effektiv tətbiqini təmin etməkdən ibarətdir. Azercell şirkəti təlim prosesinə davamlı yatırımlar etməklə insan kapitalına böyük sərmayə qoyur. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!