“Azercell“ beynəlxalq foruma qatılıb

saytların hazırlanması

Evə çatdırılma

“Azercell“ beynəlxalq foruma qatılıb

Rəqəmsal

12 Aprel 2019 15:39 1216


"Azercell" Azərbaycan nümayəndə heyətinin tərkibində Belarus Respublikasının Minsk şəhərində keçirilən 26-cı Telekommunikasiya, Rabitə, Təhlükəsizlik və İnformasiya Texnologiyaları üzrə ixtisaslaşdırılmış beynəlxalq “TİBO-2019” sərgi-forumuna qatılıb.

“Yeni Sabah” xəbər verir ki, ölkəmizin dövlət qurumları və özəl şirkətlərinin 15-ə yaxın təmsilçisinin daxil olduğu nümayəndə heyətinə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rəhbərlik edib.

16 ölkədən 100 şirkətin nümayəndəsinin qatıldığı forum MDB və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur. "Azercell" nümayəndələrinin də iştirak etdiyi bu sərgi texniki və biznes imkanlarını genişləndirmək üçün yeni əməkdaşlıqlar qurmaq, ən son texnoloji trendlərin müasir cəmiyyət həyatına sirayət edilməsi mövzusunda maraqlı təcrübələrdən bəhrələnmək baxımından böyük əhəmiyyət kəsb edir. Sezar pizza

“TİBO-2019” sərgi-forumunda ölkəmiz Milli Pavilyonla təmsil olunur. Pavilyonda ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir. Vurğulamaq istərdik ki, ölkəmizin təmsil olunduğu pavilyon “Ən Yaxşı Stend” kimi təltif edilib.

Rəqəmsal aləmin yeniliklərini abunəçilər üçün əlçatan etməyi hədəfləyən "Azercell" beynəlxalq təcrübələrdən bəhrələnərək bu istiqamətdə fəaliyyətini daha da təkmilləşdirəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!