Azercell Beynəlxalq Robot Olimpiadasının Azərbaycandakı rəsmi sponsoru oldu

saytların hazırlanması

Evə çatdırılma

Azercell Beynəlxalq Robot Olimpiadasının Azərbaycandakı rəsmi sponsoru oldu

Rəqəmsal

04 Dekabr 2025 18:18 1683


Azercell ölkədə innovasiya və texnoloji bacarıqların inkişafını təşviq edən daha bir layihəyə dəstək verir.

"Yeni Sabah" xəbər verir ki, mobil operator dünyanın ən böyük və nüfuzlu robototexnika yarışlarından biri hesab olunan Beynəlxalq Robot Olimpiadasının (“RobotChallenge”) Azərbaycandakı rəsmi sponsorlardan biri qismində çıxış edəcək. Bu əməkdaşlıq çərçivəsində Azercell 2026-ci ildə keçiriləcək ölkə üzrə milli seçim mərhələsinin təşkilini dəstəkləyəcək.

Yarışa qeydiyyat Proqramlaşdırma üzrə (onlayn formatda) 18 fevral 2026-ci il, Robototexnika üzrə isə 25 mart 2026‑cı il tarixlərinədək açıqdır. Toyuqlu pizza

2004-cü ildən etibarən keçirilən bu qlobal texnologiya festivalı hər il 80-dən çox ölkədən minlərlə gənc mühəndis və proqramçıları bir araya gətirir. Layihənin əsas məqsədi robototexnika sahəsinə marağı artırmaq, STEAM yönümlü biliklərə malik məktəbliləri aşkar etmək və onların beynəlxalq səviyyədə çıxışını təmin etməkdir. Seçim turunda yüksək nəticə göstərən komandalar Azərbaycanı Çində baş tutacaq beynəlxalq finalda təmsil edəcək.

“RobotChallenge 2026” üzrə ətraflı məlumat almaq və yarışmaya qatılmaq istəyən məktəblilər və komandalar www.robotchallenge.az ünvanına müraciət edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!