Azercell Biznes “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir

saytların hazırlanması

Evə çatdırılma

Azercell Biznes “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir

Rəqəmsal

07 Mart 2024 16:04 6267


“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutan Azercell, biznesdə ünsiyyəti daha əlçatan etmək üçün “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir.  

Bu platforma bizneslərə marketing, satış, dağıtım və digər sahə əməliyyatlarını sadələşdirməyə, komanda əməkdaşlığını, biznes məhsuldarlığını optimallaşdırmağa və ümumi müştəri məmnuniyyətini artırmağa imkan verən innovativ alətlər təqdim edir.

Platformanın imkanlarından istifadə etməklə şirkətlər aşağıdakı biznes funksiyalarından faydalana bilərlər: pizza mizza

-     Müştəri ziyarətinin planlaşdırılması və nəzarəti;

-     Əməliyyat üzrə hərəkət marşrutu və GPS naviqasiya sistemi;

-     Ümumi iş bölgüsünün qurulması və izlənilməsi;

-     Foto hesabat və rəy bildirişi;

-     Avadanlığın idarə edilməsi (təchizatı və təmiri);

-     Məhsullar üzrə geniş bazar araşdırması;

-     Analitik təhlil və müxtəlif hesabat imkanları;

Platforma mobil komanda və biznes idarəetməsində təxminlərə son qoyaraq, bütün iş prosesinin rasional, tapşırıqların isə avtomatlaşdırılmış şəkildə icra olunmasına dəstək verir. Yeni həll real vaxt rejimində komandaların koordinasiya olunması, düzgün ünsiyyətin qurulması və biznes tapşırıqların qısa zamanda yerinə yetirməsində mühüm rol oynayır, sahə əməkdaşları ilə ofis arasında əlaqəni gücləndirir.

“Mobil komandanın idarə edilməsi” platforması ənənəvi iş yükü ilə vidalaşıb, yeni, çevik, səmərəli və məhsuldar dövrə keçidi təmin edir. Həmçinin yeni həll bu günün dinamik iş mühitində istənilən vaxt və istənilən yerdə inkişaf etmək üçün imkanlar da yaradır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!