“Azercell” bölgələrdə 1000 ailəyə Ramazan sovqatı payladı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Azercell” bölgələrdə 1000 ailəyə Ramazan sovqatı payladı - Fotolar

Rəqəmsal

08 May 2020 19:47 1615


"Azercell" şirkəti aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələri karantin günlərində sevindirməkdə davam edir.

Yenisabah.az xəbər verir ki, ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin dövründə xüsusi diqqət və qayğıya ehtiyacı olan insanları, aztəminatlı ailələri sevindirməkdə davam edir. Şirkətin korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirilən xeyirxah təşəbbüs nəticəsində müqəddəs Ramazan ayının ikinci həftəsi Xızı, Göyçay, Göygöl, Goranboy, Naftalan, Daşkəsəndə yaşayan həssas kateqoriyalardan olan 1000 ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanılıb.

Ərzaq payı alan ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilib. Payları ölkə boyu müxtəlif ünvanlara Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC çatdırır. pizza sifarişi

Xatırladaq ki, "Azercell" şirkəti ötən həftə Cəlilabad, Hacıqabul, Füzuli, Gədəbəydə sosial təcrid şəraitində yaşayan 1000 ailəyə ərzaq yardımı çatdırıb. Ümumilikdə Ramazan ayı ərzində 4000-dən çox aztəminatlı ailəyə ərzaq dəstəyinin göstərilməsi nəzərdə tutulub.

"Azercell" şirkətinin təşkil etdiyi yardım aksiyalarının əsas məqsədi COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə həssas təbəqədən olan insanların sosial rifahını yaxşılaşdırmaq, dövlət tərəfindən məlum infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində keçirilən tədbirlərə dəstək vermək, həmçinin cəmiyyətdə vüsət alan sosial yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!