“AZERCELL - CUP” İnformatika və Proqramlaşdırma Müsabiqəsinə  start verilir

saytların hazırlanması

Evə çatdırılma

“AZERCELL - CUP” İnformatika və Proqramlaşdırma Müsabiqəsinə start verilir

Rəqəmsal

05 Noyabr 2022 16:54 2988


Azercell informatika və kompüter elmləri sahəsində məktəb təhsilinindəstəklənməsi, həmçinin məktəblilərin alqoritmik düşünmə qabiliyyətinininkişafına yönəlmiş layihələri həyata keçirməyə davam edir.

Yenisabah.az xəbər verir ki, lider mobil operator 6-8-ci sinif şagirdlərini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ili birgə əməkdaşlıqda noyabrın 19-da təşkil olunacaq “Azercell Cup” İnformatika və Proqramlaşdırma Müsabiqəsində iştirak etməyə dəvət edir.

Qeydiyyat tarixi: 06-13.11.2022. pizza sifarişi

İki mərhələdən ibarət olacaq müsabiqənin 1-ci mərhələsi www.olimpiada.edu.az saytı üzərindən onlayn şəkildə keçiriləcək. Müsabiqədə 2000 şagirdin iştirakı nəzərdə tutulub. Yarışın sonunda 24 nəfər qalib elan ediləcək. Hər yaş qrupu üzrə qaliblər diplom və medallarla, həmçinin “Azercell Telecom” MMC tərəfindən dəyərli hədiyyələrlə təltif olunacaqlar. Yüksək nəticələr göstərən iştirakçılar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçirilən hazırlıq proqramlarında iştirak etmək imkanı qazanacaqlar.

Texnoloji dünyanı birlikdə quraq, gələcəyə töhfə verək!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!