Azercell-dən yeni Aylıq Rominq internet paketi

saytların hazırlanması

Evə çatdırılma

Azercell-dən yeni Aylıq Rominq internet paketi

Rəqəmsal

04 İyun 2019 13:22 2510


Rominq zamanı internet xidmətindən istifadəni abunəçiləri üçün daha əlçatan və rahat etməyi hədəfləyən Azercell, müştərilərinin xaricdə faydalana biləcəyi yeni Aylıq Rominq İnternet Paketini təklif edir. 

“Yeni Sabah” xəbər verir ki, artıq Azercell abunəçiləri 39.90 AZN ödəməklə 3 GB həcmində Aylıq Rominq İnternet Paketlərindən yararlana biləcəklər. 

Qeyd edək ki, Azercell abunəçiləri Günlük 100 MB həcmində Rominq İnternet Paketini 3.90 AZN, 3 günlük 400 MB həcmində Rominq İnternet Paketini 9.90 AZN və 14 günlük 1 GB həcmində Rominq İnternet Paketini 19.90 AZN ödəməklə sifariş edib, gözlənilməz internet xərclərinin qarşısını almaq fürsətindən istifadə edə bilərlər.  pizza mizza

Azercell-in Rominq İnternet paketləri dünyanın 53 ölkəsində fəaliyyət göstərən 80 operatorun şəbəkəsində qüvvədədir və siyahı daim yenilənir. Əlavə olaraq, Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan, Yeni Zelandiya, BƏƏ, Çin, Rusiya, Qazaxıstan, Ukrayna, Tacikistan və Moldova kimi populyar istiqamətlərdə rominq internet paketləri bütün şəbəkələrdə etibarlı olduğundan, Azercell abunəçiləri prioritet operatoru seçmək zərurətinə ehtiyac duymadan, istənilən şəbəkədə internet xidmətindən istifadə etmək imkanına malikdirlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!