Azercell GencOl5 abunəçiləri üçün xüsusi kampaniyaya start verilib.
“Yeni Sabah” xəbər verir ki, 1-15 fevral tarixləri ərzində yalnız GəncOL5 abunəçiləri üçün Azercell "GəncOL8 Endirim” adlı xüsusi kampaniya keçirir. Göstərilən müddət ərzində GəncOL5 istifadəçiləri cəmi 6 AZN ödəməklə GəncOL8 tarif paketinə qoşula biləcəklər. Kampaniyadan yararlanmaq üçün GəncOL5 tarifinin abunəçiləri G8 yazıb 7575 qısa nömrəsinə SMS göndərə və ya mobil telefonlarının ekranında *750*4*2#YES USSD kodunu yığa bilərlər. Kampaniya çərçivəsində GəncOL8 paketinə qoşulan abunəçilər endirimli qiymətdən 90 gün ərzində ümumilikdə 3 dəfə istifadə edə biləcəklər.
Beləliklə, ayda cəmi 6 AZN ödəyib GəncOL8 tarif paketinə qoşulmaqla istifadəçilər 4GB internet, GəncOL abunəçiləri arasında danışıqlar üçün 400 pulsuz dəqiqə və şəbəkədaxili 400 pulsuz sms əldə edəcək. Sezar pizza
Telegram kanalımız