Azercell əcnəbi vətəndaşlar və ölkəmizin qonaqları üçün “Turist” tariflərini təqdim edir

saytların hazırlanması

Evə çatdırılma

Azercell əcnəbi vətəndaşlar və ölkəmizin qonaqları üçün “Turist” tariflərini təqdim edir

Rəqəmsal

19 İyul 2023 07:45 7168


“Azercell Telekom” Azərbaycan Respublikasına səfər edən turist və əcnəbi vətəndaşlar üçün yeni yaradılmış tarifləri istifadəyə verir. Xüsusi və unikal təklif çərçivəsində ölkəmizin qonaqları 3 tarif paketdən birini seçib pulsuz nömrə əldə edəcəklər: Turist Paketi Xoş Gəldin, Turist Paketi Super, Turist Paketi Maks. Qiyməti 39 AZN-dən başlayan tarif paketlərinə ölkədaxili və beynəlxalq dəqiqələr, internetlə yanaşı, sosial şəbəkələr üçün əlavə internet trafik də daxildir.

Hər üç tarif paketdə təqdim olunan sosial şəbəkələr üçün internet trafik WhatsApp, Facebook, Instagram, Snapchat və TikTok tətbiqlərində istifadə oluna bilər.  pizza sifarişi

Paketlərə Azercell-in satış və xidmət mərkəzlərində qoşulmaq mümkündür. 

Tariflər barədə ətraflı məlumatı https://bit.ly/tourist-pack ünvanında əldə  etmək olar. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!