“Azercell” “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində uşaqları və məcburi köçkünləri sevindirib.
“Yeni Sabah”a “Azercell”-dən verilən məlumata görə, “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər və rayonlarında həyata keçirilən layihənin son tədibiri bu gün Gəncədə təşkil olunub.
Daima sosial layihələrə dəstək olan şirkət Gəncə səfəri zamanı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf" İctimai Birliyi ilə birgə Gəncə uşaq evinin sakinləri ilə görüşüb. Uşaq evində məskunlaşan 70 uşağa müxtəlif məktəb ləvazimatlarının olduğu çantalar hədiyyə edilib. Toyuqlu pizza
Açıqlamada bildirilib ki, ölkənin lider mobil operatoru “Azercell”, həm də öz fəaliyyətində insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənmiş onlarla sosial layihənin təşəbbüskarı olub ki, bu layihələr sırasında “Mobil Göz Klinikası” və “Mobil Diş Klinikası” xüsusi yer tutur. Fəaliyyət göstərdikləri müddət ərzində bu səyyar klinikalar yalnız Bakıda deyil, həm də regionlarda valideyn himayəsindən məhrum uşaqları, qocaları, aztəminatlı ailələri, məcburi köçkünləri müayinə və müalicə edib.
Qeyd edək ki, bu dəfəki səfərə də qoşulan “Mobil Göz” və “Mobil Diş” klinikaları Gəncədə yerləşən SOS Uşaq kəndində 70-dən çox uşağı müayinədən keçirib. Müayinə və ilkin müalicə tədbirlərindən sonra uşaqlara hədiyyələr təqdim edilib.
Həmçinin “Azercell” və "Regional İnkişaf" İctimai Birliyinin nümayəndə heyəti Gəncə Qaçqın qəsəbəsi, Gəncə Dəmiryol yataqxanası, Neft bazası, Asfalt zavodunun inzibati binasında məskunlaşan Xocalı, Ağdam, Kəlbəcər, Laçın və Şuşadan olan qaçqın və məcburi köçkün ailələrilə görüşüb. Görüş zamanı 800 ailəyə şirkət tərəfindən müxtəlif məişət avadanlıqları hədiyyə edilib.
Məlumatda qeyd olunub ki, yüksək texnologiyaların yaratdığı geniş imkanları təqdim edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində məcburi köçkünlərin qəsəbəsində keçirilən tədbirdə müxtəlif innovativ oyunlar, interaktiv əyləncələr yer alıb. Təşkil edilən müsabiqə və oyunların iştirakçılarına Azercell tərəfindən müxtəlif hədiyyələr verilib. Bu tədbirlərə müvafiq İcra Hakimiyyətlərinin rəhbərliyi və nümayəndələri də qatılıb.
Qeyd edək ki, bu gün axşam Gəncə şəhərində həyata keçirilən sosial təşəbbüslərdən sonra şəhərin sakinləri və qonarqları Azercell-in təşkil etdiyi rəngarəng əyləncəli proqramdan zövq almaq imkanı qazanacaq.



Telegram kanalımız