Azercell gənclərin İT sahəsində inkişafını dəstəkləməyə davam edir 

saytların hazırlanması

Evə çatdırılma

Azercell gənclərin İT sahəsində inkişafını dəstəkləməyə davam edir 

Rəqəmsal

29 Mart 2024 17:38 4093


23-26.03.2024-cü il tarixlərində Şəmkir rayon, Kimya-biologiya təmayüllü liseydə informatika fənnindən beynəlxalq olimpiadalara intensiv hazırlıq məşğələləri təşkil edilib.

İntensiv kamp müddətində şagirdlər hər gün beynəlxalq olimpiada formatında yarışlara qoşulub, tapşırıqların izahı sessiyalarında iştirak ediblər. Kamp olimpiadalara hazırlıq komandalarının təlimçiləri, həmçinin öncəki illərdə ölkəmizi müxtəlif müsabiqələrdə uğurla təmsil etmiş məzunların iştirakı ilə keçib.

İnformatika fənni üzrə olimpiadalara hazırlıq prosesi Azercell-in dəstəyi ilə həyata keçirilir. “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı müddətində məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə ölkəmizi uğurla təmsil edərək 4 qızıl, 16 gümüş və 40 bürünc olmaqla ümumilikdə 60 medal əldə ediblər. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!