Azercell-in dəstəyi ilə 3 aylıq təlimlərə start verilir

saytların hazırlanması

Evə çatdırılma

Azercell-in dəstəyi ilə 3 aylıq təlimlərə start verilir

Rəqəmsal

20 Aprel 2019 18:27 1150


Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə “TechCentrum” “Data Science” üzrə 3 aylıq təlimlərə başlayıb.

“Yeni Sabah” xəbər verir ki, təlimlər  həftədə 2 dəfə olmaqla, 90 dəqiqə ərzində  Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçirilir.Təlimçi Kamil Ələsgərov tərəfindən keçirilən sessiyalar 3 aya qədər davam edəcək. Təlimlərdə təsviredici və inferensial statistikanın, riyazi analiz və xətti cəbrin ümumi təkrarı, komanda sətri (cmd) ilə işləməyin əsasları, verilənlər bazaları, SQL DML ilə tanışlıq, Python, R və OOP, data strukturları, datanın daxil edilməsi, təmizləməsi, formatın uyğunlaşdırılması, mövcud olmayan (missing) məlumatlara yanaşma və bir sıra digər vacib mövzular əhatə olunacaq. 

Məlumat üçün bildirək ki, təlimçi Kamil Ələsgərov bank sektorunda data analizi və risklərin idarə edilməsi sahəsi üzrə 10 illik iş təcrübəsinə malikdir. ADİU, Xəzər və ADA universitetlərində “Statistika, Ekonometrika və Əməliyyatların tədqiqi”ni (Operations Research) tədris edən Kamil Ələsgərov “Baker Tilly Azerbaijan” şirkətində risk sahəsi üzrə layihə meneceridir və Azərbaycan maliyyə sektorunda “Data Science”in tətbiqi ilə məşğuldur. Marqarita pizza

Qeyd edək ki, “TechCentrum” İnkişafda olan Texnologiyalar sahəsində təhsil, karyera və inkişaf imkanlarının mübadiləsi məqsədilə yaradılmış platformadır. Üç aylıq fəaliyyəti nəticəsində “TechCentrum” platforması 700-dən çox iştirakçıya “Data Science” və “Data Engineering”, “Cpython”, “Data Products Management” üzrə təlimlər və vebinarlar təşkil edib, Facebook kimi böyük Tech şirkətlərində İT üzrə iş imkanları, təhsil, təcrübə və yay məktəbləri ilə bağlı informasiya mübadiləsi həyata keçirib. 

Təlimlər barədə əlavə məlumat üçün techcentrum.az@gmail.com ünvanına müraciət edə bilərsiniz.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!