Azercell-in dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər daha 10 medal qazanıblar

saytların hazırlanması

Evə çatdırılma

Azercell-in dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər daha 10 medal qazanıblar

Rəqəmsal

30 Aprel 2024 17:34 3726


16-21 aprel 2024-cü il tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə yüksək səviyyəli turnir keçirilib. Sözügedən müsabiqədə “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı çərçivəsində İnformatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz uğurlu nəticələr əldə ediblər. Onlayn fortmatda yarışa qatılan şagirdlər yuxarı yaş qrupu üzrə 5 gümüş, aşağı yaş qrupu üzrə 5 bürünc medal olmaqla ümumilikdə 10 medal qazanıblar.

Hazırlıq prosesi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən keçirilir. Hər tədris ilinin əvvəlində Beynəlxalq Olimpiadalara hazırlaşan şagirdlərin seçimi milli olimpiada və müsabiqələrdə yüksək nəticə göstərən şagirdlər arasında təşkil olunur. 

Qeyd edək ki, 2017-ci ildən etibarən “Azercell Telekom”un Elm və Təhsil Nazirliyinin əməkdaşlığı müddətində məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə ölkəmizi uğurla təmsil edib, əldə etdikləri medal sayını 4 qızıl, 21 gümüş və 45 bürünc olmaqla ümumilikdə 70-dək artırıblar. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!