Azercell-in Instagram izləyicilərinin sayı 200 000 oldu!

saytların hazırlanması

Evə çatdırılma

Azercell-in Instagram izləyicilərinin sayı 200 000 oldu!

Rəqəmsal

03 Aprel 2024 14:07 4029


Azercell-in Instagram səhifəsində izləyici sayı 200 000-i ötdü. Şirkət 2012-ci ildən etibarən aktiv şəkildə idarə etdiyi səhifənin izləyici auditoriyasını informativ, maraqlı və faydalı məzmunlu paylaşımlar vasitəsilə genişləndirməyə müvəffəq olub. 

Ümumilikdə Azercell-in Facebook, X, Instagram, LinkedIn  və YouTube platformalarında istifadəçi sayı 1 milyonu ötür.  Bu kanallarda lider mobil operator keçirdiyi layihələr, xüsusi təkliflər və kampaniyalar haqqında məlumat paylaşır, eləcə də müştəriləri ilə real vaxt rejimində birbaşa ünsiyyət qurur. Ölkədə sosial media üzərindən müştəri xidmətlərini təqdim edən  ilk mobil operator olaraq Azercell bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirir, abunəçiləri tərəfindən ünvanlandırılan  sualları operativ şəkildə cavablandırır.

Həmçinin şirkət rəsmi sosial media hesablarında təşkil etdiyi tədbirlərdən canlı yayımlar açır, eyni zamanda müsabiqələr keçirərək izləyicilərinə dəyərli hədiyyələr qazanmaq imkanı verir. Qeyd edək ki, aprel ayının 2-dən etibarən Azercell Instagram platformasında növbəti müsabiqəyə start verib. Müvafiq paylaşımın şərh bölməsində öz Instagram səhifəsinin izləyici sayını yazan hər kəs müsabiqədə iştirak edə bilər. Müsabiqə 8 aprel 14:00-dək davam edəcək.  Toyuqlu pizza

Azercell-i sosial mediada izləyin və ən son yeniliklərdən xəbərdar olun!

Facebook: https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell/

YouTube: https://www.youtube.com/c/AzercellYouTube

X: https://twitter.com/azercell

LinkedIn: https://www.linkedin.com/company/azercell/

Threads: https://www.threads.net/@azercell

TikTok: https://www.tiktok.com/@azercell_official


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!