Azercell-in “Kabinetim” mobil tətbiqi yeniləndi!

saytların hazırlanması

Evə çatdırılma

Azercell-in “Kabinetim” mobil tətbiqi yeniləndi!

Rəqəmsal

21 Oktyabr 2019 15:30 2426


Rəqəmsal həllər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC “Kabinetim” mobil tətbiqinin funksionallığını artırmağa davam edir.

"Yeni Sabah" bildirir ki, digər imkanlarla yanaşı istifadəçilər artıq sadələşdirilmiş giriş təcrübəsindən yararlana, onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət edə, tariflərin kataloqunu nəzərdən keçirə, tarif paketlərini asanlıqla aktiv edə və QR skan ilə xidmətlərə qoşula biləcəklər.  

Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə işlənib hazırlanıb. Həm iOS, həm də Android əməliyyat sistemlərini dəstəkləyən yenilənmiş tətbiqi ödənişsiz olaraq, Playstore və Appstore-dan yükləmək mümkündür. Tətbiq avtomatik yenilənmədiyi halda, yükləmə üçün  bit.ly/Kabinetim keçidindən istifadə edilməlidir. pizza hut

Azercell “Kabinetim” tətbiqini yüklə və nömrənə daha asan nəzarət et!

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!