Azercell-in modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər!

saytların hazırlanması

Evə çatdırılma

Azercell-in modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər!

Rəqəmsal

28 İyul 2020 15:27 1397


Abunəçilərinin rahatlığını hər zaman prioritet hesab edən edən “Azercell Telekom” MMC, #Rəqəmsal Günlər çərçivəsində yeni kampaniyaya start verir. Bu dəfə lider mobil operator müştərilərinə 4G WiFi modemini təqdim edir.

Yenisabah.az xəbər verir ki, yeni modem eyni zamanda 32 istifadəçiyə internetdən yararlanmaq imkanı verərək, mobil telefon, planşet, televizor, kompüter və digər simsiz internetə qoşula bilən bütün cihazları yüksək sürətli mobil data xidmətləri və sabit siqnal ilə təmin edir. Cihazın digər üstünlüyü isə əhatə radiusunun 150-200 metr olmasıdır ki, bu da öz növbəsində modem vasitəsilə uzaq məsafədən belə internetə qoşulmaq imkanı yaradır.

Kampaniya çərçivəsində abunəçilər 4G WiFi cihazı ilə yanaşı 1 ədəd DATA tarifində olan Fakturasız xətt nömrəyə və 1 aylıq 50 GB həcmində internetə də sahib olur . Yeni 4G WiFi cihazlarını cəmi 129 AZN ödəyərək Azercell-in bütün Diler Ofislərindən əldə etmək mümkündür. pizza

Qeyd edək ki, kampaniya yalnız fiziki şəxs olan abunəçilər üçün nəzərdə tutulub.  

Ətraflı məlumat üçün:  https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/wifi_modem_50gb/ səhifəsinə daxil olun.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!