Azercell karyera sərgisində iştirak edib

saytların hazırlanması

Evə çatdırılma

Azercell karyera sərgisində iştirak edib

Rəqəmsal

27 May 2019 13:39 1108


Azercell növbəti dəfə karyera sərgisində iştirak edib. 

“Yeni Sabah” xəbər verir ki, mayın 25-i Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil edilmiş VI məzun-karyera sərgisində Azercell şirkətinin İnsan Qaynaqları departamentinin mütəxəssisləri tələbələrlə görüşüb,onların suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən təcrübə və təqaüd proqramları barədə geniş məlumat təqdim ediblər. 

Qeyd edək ki, bu il Azercell şirkəti istedadlı gənclərin karyera qurmasına dəstək olmaq məqsədilə tələbələr üçün "Azercell-Lab" - ödənişli təcrübə proqramını elan edib. Təcrübə proqramı çərçivəsində tələbələrə 2 fərqli istiqamətdə seçim etmək imkanı təklif edilib: "İT-lab" və "Biznes-Lab". Seçim mərhələlərini uğurla keçmiş tələbələr iyul ayının 1-dən başlayaraq "İT-lab" və "Biznes-lab" inkubasiya mərkəzlərində 6 aylıq ödənişli təcrübə keçmək fürsətini əldə edəcəklər. Əlavə olaraq, təcrübəçilər Azercell tərəfindən həyata keçirilən sosial layihələrdə, müxtəlif təlimlərdə və şirkətin korporativ tədbirlərində iştirak etmək imkanına da malik olacaqlar.  Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!