Azərbaycanda ilk dəfə olaraq kibertəhlükəsizlik sahəsində maarifləndirmə və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsinə nail olmaq məqsədilə 11 - 15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.
"Yeni Sabah" xəbər verir ki,bu sahədə böyük təcrübəsi olan “Azercell Telekom” MMC həftənin aktiv iştirakçılarından biridir. Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azercell tərəfindən təhsil müəssisələrində uşaqlar, valideynləri və müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlimlər təşkil edilir. Artıq mart ayının 4-dən 7-nə kimi Şəmkirdə Azercell-in dəstəyi ilə “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlim keçirilib. Təlimdə 166 şagird, 38 müəllim və valideyn iştirak edib.
Kibertəhlükəsizlik həftəsi çərçivəsində “Azercell Telekom” MMC-nin növbəti təlimi 11-15 mart tarixlərində Gəncədə baş tutacaq. pizza mizza
Telegram kanalımız