“Azercell-Lab” təcrübə proqramının qalibləri elan edildi

saytların hazırlanması

Evə çatdırılma

“Azercell-Lab” təcrübə proqramının qalibləri elan edildi

Rəqəmsal

24 İyul 2019 10:09 1399


“Azercell Telekom” MMC-nin may ayında elan etdiyi “Azercell-Lab” ödənişli təcrübə proqramının ilk qalibləri artıq rəqəmsal dünyaya səyahətlərinə yola düşüblər. 

Azərcell-dən “Yeni Sabah”a daxil olan məlumata görə, təcrübəçilər iyul ayının 1-dən etibarən  "İT-lab" və "Biznes-lab" inkubasiya mərkəzlərində telekom sahəsinin ən son trendləri ilə tanış olmaq fürsətindən istifadə edəcəklər. Qaliblər 6 ay müddətində  biznes və İT sahələrində  zəngin təcrübəyə malik olan aparıcı ekspertlər ilə birlikdə çalışaraq, ölkəmizin ən arzuolunan iş məkanlarından biri  olan Azercell şirkətində karyeralarında ilk addımlarını atmaq üçün fürsət əldə ediblər.  Bu layihənın qalibləri 600-dən çox namizəd arasında  akademik fəaliyyəti və peşə bilikləri əsasında dəyərləndirilərək seçilib. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 190-dan çox tələbə Azercell-də təcrübə keçmək fürsətindən yararlanıb.  Onlardan 27-si isə artıq Azercell ailəsinə qoşulub. 

Qeyd edək ki, müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirən Azercell şirkəti “Investors in People” (IIP) -  İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək Qızıl sertifikatına sahib olub. Azercell ölkəmizdə Qızıl sertifikat qazanan ilk qurum olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!